Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Türkiyədə son sutkada koronavirusdan 57 nəfər öldü

Türkiyədə son sutka ərzində koronavirusdan daha 57 nəfər ölüb.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Son sutka ərzində 104 402 şübhəli koronavirus testindən keçib, onlardan 1429-nun cavabı pozitiv çıxıb, 1182 xəstə isə sağalaraq evə buraxılıb.

Ağır xəstə sayı 1475 nəfər olub.

Türkiyədə ümumilikdə 324 443 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 285 050 nəfər sağalıb, 8441 nəfər ölüb.

www.yenicag.az

188