!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədə şübhəli oyun iddiası - 80 min avro…

!Reklam – Yazi

Türkiyədə keçirilən “Rapid” (Avstriya) – “Slovaçko” (Çexiya) matçı iklə bağlı manipulyasiya iddiaları ortaya atılıb.

Yenicag.az xəbər verir ki, Antalyada baş tutan yoldaşlıq görüşünün bukmeker kontoruna qoyulduğu və vurulacaq ikidən çox qola 80 min avro mərc edildiyi iddia olunub.

Türkliyəli hakimin idarə etdiyi görüş “Rapid”in 2:1 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşma ərzində üç penalti, həmçinin bir sıra şübhəli qərarlar verildiyi iddia olunub. Avstriya mətbuatından “Kronen Zeitung” oyunun mərc kontorlarına qoyulduğunu yazıb. Məlumata görə, hətta, bu barədə həm Avstriya, həm də Çexiyanın futbol federasiyalarına xəbərdarlıq da edilib.

Qarşılşamanı türk hakim idarə etdiyi üçün Türkiyə Futbol Federasiyası bəyanat yayıb. TFF-nin rəsmi saytında yer alan bəyantda hər iki klubun federasiyadan icazə almadan oyun keçirdiyi bildirilib. Sözügedən qarşılaşma FIFA-nın beynəlxalq oyun reqlamentinin əhatə dairəsindən kənarda olduğundan, TFF-nin matça hakim təyin etmədiyi və görüşün qeyri-rəsmi formada baş tutduğu açıqlanıb. Digər tərəfdən bəyanatda görüşü idarə edən şəxsin etibarlı hakim lisenziyası olmadığı, TFF daxilində aktiv hakimlik etmədiyi və məsələ ilə bağlı lazımi hüquqi proses başlanıldığı bildirilib./qaynarinfo

www.yenicag.az

126
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv