Türkiyədə TƏHLÜKƏLİ VƏZİYYƏT: Alovlar elektrik stansiyasına keçir

Türkiyədə 8 gündür davam edən meşə yanğınlarının nəzarət altına alınması tədbirləri davam etsə də, vəziyyət daha da ciddiləşib.

Yenicag.az xəbər verir ki, “Anadolu” Agentliyi Muğladakı yanğının Milas rayonundakı Kəmərköy İstilik Elektrik Stansiyasına yaxınlaşdığı məlumatını yayıb.

Məlumatda yanğının stansiya ərazisinin hasarınadək çatdığı bildirilib.

Hazırda stansiya ətrafında önləmlərin alındığı, işçilərin ərazidən uzaqlaşdırıldığı və yanğına müdaxilə edildiyi qeyd olunur.

COP29