!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədə torpaq sürüşməsində itkin düşənlərin axtarışı dayandırıldı

!Reklam – Yazi

Türkiyənin Ərzincan şəhərində fevralın 13-də baş verən torpaq sürüşməsində itkin düşən 9 işçinin axtarışları dayandırılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslar Bayraktar və daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb.

Ali Yerlikayanın sözlərinə görə, “3 minə yaxın şəxsi heyət və 800-dən çox texnikanın cəlb olunduğu bölgədə axtarış işləri dayandırılıb. Buna səbəb bölgədə torpaq sürüşmə ehtimalının yüksək olmasıdır. Biz ilk növbədə axtarış aparan dostlarımızın təhlükəsizliyini prioritet hesab edirək, axtarışları dayandırırıq”, – deyib./unikal

www.yenicag.az

143
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv