!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədə yaradılacaq TƏBİİ QAZ QOVŞAĞI: “Azərbaycanın da o layihədə iştirakı...” – Millət vəkili

!Reklam – Yazi

“Türkiyədə təbii qaz qovşağının yaradılması layihəsi perspektivlidir və orada Azərbaycan da iştirak edə bilər “.

Bu fikirləri Rusiya ilə Türkiyə arasında təbii qaz qovşağının yaradılması hazırlığını və Azərbaycanın da sözügedən layihədə mümkün iştirakını dəyərləndirən Milli Məclisin deputatı Azər Badamov Yenicag.az-a açıqlamasında deyib.

Millət vəkilinin sözlərinə görə, Türkiyənin Rusiyaya qarşı sanksiyalara qoşulmaması bu ölkələr arasında qarşılıqlı ticarətin genişləndirilməsi üçün böyük imkanlar açır:

“Rusiya ilə Türkiyənin birgə qaz qovşağı yaratmaq niyyəti zamanın tələbidir. Çünki Rusiyanın qaz ixracındakı ənənəvi marşrutları məlum səbəblərin təsiri ilə demək olar ki, artıq öz əhəmiyyətini itirir.

Türkiyə isə Rusiyaya qarşı tətbiq edilən sanksiyalara qoşulmayıb və bu da həmin ölkələr arasında qarşılıqlı ticarətin genişləndirilməsi üçün böyük imkanlar açır. O baxımdan, qaz qovşağının yaradılması layihəsi perspektivlidir və orada Azərbaycanın da iştirakı mümkündür.

Ümumiyyətlə, Azərbaycan maraqların qarşılıqlı surətdə təmin olunduğu bütün layihələrdə və platformalarda iştirak etməkdə maraqlıdır. O cümlədən, Rusiyadan nəql ediləcək təbii qaz hesabına qovşağın yaradılmasında ölkəmizin də öz maraqları ola bilər”.

Yusif Səmədzadə

www.yenicag.az

233
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv