!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədə yaşayan azərbaycanlı aktrisa: “Qorxu içində çantalarımızı yığırıq”

!Reklam – Yazi

“Bina çökməyinə beş dəqiqə qalmış onları evdən çıxarıbla”.

Bunu qardaş ölkədə baş verən zəlzələ barədə danışarkən  Türkiyədə yaşayan həmyerlimiz, tanınmış aktrisa Cəmilə Tağızadə Yenicag.az-a açıqlamasında deyib.

Ailəsi ilə birgə İstanbul şəhərində yaşayan aktrisa ailə dostlarının faciədən bir anda qurtulduqlarını deyib:

“Bir gün öncə bizdə İstanbulda da zəlzələ olmuşdu, amma təkanlar o qədər də güclü deyildi. İndi yenə Ataköy tərəfdə zəlzələ oldu, hər kəs təşviş içində küçələrə axışıb. Biz də qorxu içindəyik, çantalarımızı hazırlayırıq, evdən çıxacağıq. Hər an hər şey ola bilər. Allaha dua edirik!

Hər kəs qohumlarını, dostlarını axtarır, zəng edir, xəbər tutmağa çalışır. Digər zəlzələ baş verən bölgələrdə olan ailə dostlarımızdan biri son anda fəlakətdən qurtula bilib. Bina çökməyinə beş dəqiqə qalmış onları evdən çıxarıblar. Sadəcə, bəxtləri gətirib. Allah heç kimə belə faciə yaşatmasın. Sözə sığışmayan bir faciədir. İnsanlar bir anın içində həyatlarını itirib, nə qədər yaralı var. Hər kəs sarsıntı içindədir”.

Cəvahir

www.yenicag.az

230
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv