!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Türkiyədə yaşayan azərbaycanlı müğənnidən QINAQ ATƏŞİ: "Hərəsi öz işindədir..."

!Reklam – Yazi

“Konsertlərindən, əyləncələrindən qalmırlar, şəkillərini də paylaşırlar”.

Bunu ailə qurub illərdir qardaş Türkiyədə yaşayan müğənni Bəturə Hüseynova Yenicag.az-a açıqlamasında deyib.

Müğənni Türkiyədə baş verən dəhşətli zəlzələdə şou əhlinin biganəlik göstərdiyini bildirib və onları qınaq atəşinə tutub:

“Sənətçilərimizin paylaşımlarını diqqətlə izlədim. Yardım kampaniyalara qatılanlar var, sağ olsunlar. Amma nə yazıq ki, bəzi azərbaycanlı sənətçilərin baş verən problemlər, kritik dönəm, sıxıntılar barədə heç bir paylaşımlarını görmədim. Öz işlərindədirlər, konsertlərindən, əyləncələrindən qalmırlar, şəkillərini də paylaşırlar. Qınamıram, çünki heç inanmıram ki, eyni vəziyyət bizdə yaşansa, türk sənətçilər həmin diqqəti bizim sənətçilərə göstərərdilər.

Mənim dediyim odur ki, bizim sənətçilər sosial şəbəkələrdə yalnız yardımlarla bağlı paylaşımlarla kifayətləndilər. İşin dərinliyinə soyuqqanlı yanaşdılar. Mən yaxşını da söyləyirəm, pisi də. Sənətçilərin problemlərə biganəliklərini nəzərdə tuturam. Türk telekanalarında və sosial mediada yetərincə paylaşılan o problemlərə bizim sənətçilər biganə qaldı. Mən davamlı olaraq öz sosial şəbəkə hesablarımda hekayə bölümündə bu problemləri paylaşdım”.

Cəvahir

www.yenicag.az

308
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv