!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədə yaşayış icazəsi almaq üçün tələblər yenidən sərtləşdirilə bilər

!Reklam – Yazi

Türkiyədə yaşayış icazəsi əldə etmək üçün alınmalı olan daşınmaz əmlakın minimum qiyməti artırıla bilər.

Yenicag.az biznes və maliyyə xəbərləri portalı “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Vətəndaşlıq məsələləri üzrə idarəsindəki mənbəyə istinadən “RİA Novosti” yayıb.

Bildirilir ki, yeni qaydalara əsasən, vətəndaşlıq əldə etmək üçün alınmalı olan daşınmaz əmlakın minimum qiyməti 600 min dollar təşkil edəcək. Dəyişikliklərin 2024-cü ildə qüvvəyə minəcəyi gözlənilir.

Qeyd edək ki, Türkiyədə daşınmaz əmlak alaraq vətəndaşlıq əldə etmək imkanı 2017-ci ildən mümkündür. İlk zamanlarda əmlakın dəyəri 1 milyon dollar olmalı idi. Hazırda limit 400 min dollardır.

www.yenicag.az

1306
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv