!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədə yüz ilin ən güclü üçüncü zəlzələsi baş verdi - SİYAHI

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, bu gün Türkiyədə güclü zəlzələ baş verib. Zəlzələ Osmaniyə, Qaziantep, Hatay, Diyarbəkir, Şanlıurfa, Malatya və Adana şəhərlərində də şiddətli şəkildə hiss olunub. Məlumata görə, zəlzələ nəticəsində 1014 nəfər həyatını itirib, 5385 nəfər yaralanıb, 2818 bina dağılıb.

Yenicag.az xəbər verir ki, Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD)baş verən təbii fəlakəti son yüz ilin ən güclü üçünçü zəlzələsi adlandırıb.

AFAD-ın yaydığı ilkin məlumata görə, zəlzələnin maqnitudasını 7,4 olaraq elan edilib. Kandilli Rəsədxanası isə zəlzələnin 7,5 bal gücündə olduğunu açıqlayıb.

100 ildə baş verən ən böyük zəlzələləri təqdim edirik:

27 dekabr 1939-cu il Ərzincan zəlzələsi 7.9

24 noyabr 1976-cı il Çaldıran zəlzələsi 7.5

6 fevral 2023-cü il Qəhrəmanmaraş zəlzələsi 7.4

17 avqust 1999-cu il Qocaeli zəlzələsi 7.4

23 oktyabr 2011-ci il Van zəlzələsi 7.2

12 noyabr 1999-cu il Düzcə zəlzələsi 7.2

24 yanvar 2020-ci il Əlazığ Zəlzələsi 6.6

30 oktyabr 2020 İzmir Səfərihisar Zəlzələ 6.6

1 may 2003-cü il Bingöl zəlzələsi 6.4

www.yenicag.az

687
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv