!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədə zəlzələ baş verən bölgələrdə məktəblər bağlandı

!Reklam – Yazi

Türkiyədə zəlzələdən sonra təbii fəlakətin baş verdiyi bütün bölgələrdə məktəblər bağlanıb.

Yenicag.az xəbər verir ki, zəlzələdən əvvəl Qaziantep, Adıyaman, Malatya və Qəhrəmanmaraşda qar yağması və əlverişsiz hava şəraiti səbəbindən təhsil dayandırılmışdı. Zəlzələdən sonra sözügedən vilayətlərdə məktəblər birgünlük bağlanıb.

Qəhrəmanmaraşda baş verən və digər vilayətlərdə də təsirli olan 7,4 bal gücündə zəlzələdən sonra Adana və Mersin valilikləri də 6 fevral bazar ertəsi günü bütün təhsil müəssisələrinin bağlandığını açıqlayıb.

Qaziantep valisi Davud Gül açıqlama verərək bildirib:

“Qaziantepdə güclü qar yağması səbəbindən bütün təhsil müəssisələri və reabilitasiya mərkəzləri 6 fevral bazar ertəsi günü birgünlük bağlandı. Sağlamlıq imkanları məhdud şəxslər və hamilə olan ictimai işçilər inzibati məzuniyyətdə sayılacaq. Qartopu oynayın və kitab oxuyun”.

www.yenicag.az

244
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv