!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədə zəlzələdə həlak olan Azərbaycan vətəndaşlarının sayı 5-ə çatıb

!Reklam – Yazi

Bu günə qədər 5 nəfər Azərbaycan Respublikası vətəndaşı Türkiyədə baş verən zəlzələdə həlak olub.

Yenicag.az xəbər verir ki, bu, XİN-in Türkiyədə zəlzələdən zərər çəkmiş vətəndaşların təxliyəsi və həlak olmuş Azərbaycan Respublikası vətəndaşları barədə mətbuat məlumatında qeyd edilib.

Bildirilib ki, 1980-ci il təvəllüdlü Bünyatova Nailə Aydın qızı, 1973-cü il təvəllüdlü Məmmədova (Ökten) Rəna Xudaverdi qızı, 1975-ci il təvəllüdlü Məmmədova Sevinc Eldar qızı, 1976-cı il təvəllüdlü Karlı Leyla Vahid qızının və 1974-cü il təvəllüdlü Həsənzadə İlahə Hüseynağa qızının vəfatı barədə məlumat əldə olunub. Vəfat edən şəxslərin yaxınları ilə əlaqə saxlanılıb. Karlı Leyla Vahid qızının cənazəsi ailəsi tərəfindən Türkiyədə dəfn ediləcək. Digər 4 nəfərin cənazəsinin Azərbaycana gətirilməsi istiqamətində müvafiq tədbirlər görülür. Allah rəhmət eləsin!

www.yenicag.az

303
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv