!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədə zəlzələdə həlak olan tələbələr dəfn olundular - FOTO / VİDEO - YENİLƏNDİ

!Reklam – Yazi

Fevralın 6-da Türkiyədə baş vermiş zəlzələdə həlak olan azərbaycanlı tələbələrdən biri Samir Quliyev dəfn edilib.

Dəfndə mərhumun ailə üzvləri,yaxınları, ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, S.Quliyev Malatya şəhərində yerləşən İnönü Universitetinin tələbəsi olub. Onunla birlikdə daha 3 azərbaycanlı tələbə dağıntılar altında qalaraq həlak olub.

***

Türkiyədə baş vermiş zəlzələdə həlak olan azərbaycanlı tələbə Gündüz Nəzərzadə ilə Sumqayıt şəhərində vida mərasimi keçirilir.

Yenicag.az xəbər verir ki, vida mərasimində mərhumun ailə üzvləri, ictimaiyyət nümayəndələri, şəhər sakinləri və s. şəxslər iştirak edir.

Xatırladaq ki, Türkiyənin Malatya şəhərində fevralın 6-da baş verən zəlzələnin təsirindən uçub dağılan binanın altında qalan azərbaycanlı tələbələrdən 4-nün də meyiti tapılıb. Onların meyitləri uzun axtarışlardan sonra fevralın 14-də dağıntılar altından çıxarılıb. /Qafqazinfo/

***13:43

Türkiyənin Malatya şəhərində zəlzələ nəticəsində uçan binanın dağıntıları altında qalaraq həlak olan Samir Quliyev Gədəbəy rayonunda dəfn olunub.

Yenicag.az xəbər verir ki, dəfn mərasimində yaxınları, dostları, kənd sakinləri, rayon icra hakimiyyəti, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ş.Quliyev rayonun İnəkboğan kənd qəbiristanlığında dəfn olunub.

Xatırladaq ki, Malatya şəhərindəki İnönü Universitetində təhsil alan azərbaycanlı tələbə Samir Quliyev və daha 3 azərbaycanlı tələbənin birgə kirayədə yaşadıqları bina zəlzələ nəticəsində çöküb və dördü də dağıntılar altında qalaraq həlak olublar. /Report/

www.yenicag.az

531
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv