Türkiyədə zəncirvari qəza – Yaralılar arasında azərbaycanlı da var – FOTO

Türkiyədə Samsun-Amasya yolunda zəncirvari qəza baş verib.

Yenicag.az xəbər verir ki, 5 nəqliyyat vasitəsinin iştirakı ilə baş verən qəzada 9 nəfər yaralanıb. Qəzanın baş verməsinə əlverişsiz hava şəraiti səbəb olub.

Yaralılar arasında Zərifə Rəhimova adlı Azərbaycan vətəndaşı da var. O, xəstəxanada müayinə edildikdən sonra evə buraxılıb.

Qəza nəticəsində nəqliyyat vasitələrinə ciddi ziyan dəysə də, insan təlafatı olmayıb.