!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Türkiyədəki proseslərə kənar qüvvələrin təsir imkanları var" - ŞƏRH

!Reklam – Yazi

“Türkiyənin böhrandan çıxması vacibdir və əminəm ki, qardaş ölkə bu təzyiqləri neytrallaşdırmağı bacaracaq”. 

Bu sözləri Türkiyədə baş verən son proseslərin kökündə duran səbəbi analiz edən politoloq Yeganə Hacıyeva Yenicag.az-a açıqlamasında deyib.

O, qeyd edib ki, beynəlxalq aləmdəki bir sıra xarici qüvvələr Türkiyənin güclənməsini həzm edə bilmir və nəticədə bu ölkənin zəifləməsi üçün məlum oyunlarla vaxt qazanmağa çalışırlar:

“Türkiyə bir dövlət kimi Ərdoğanın rəhbərliyi ilə üçüncü dünya ölkələri sırasından çıxıb, G20-lər sırasına daxil olub. Onun hakimiyyəti illərində Türkiyə son 20 ildə ciddi inkişaf edib və bu gün Türkiyə iqtisadiyyatı G20 ölkələri arasında ən intensiv inkişaf edən iqtisadiyyatdır. Bu inkişaf tempi ilə bir neçə ilə perspektivdə Türkiyənin G8 üzvü ola bilmək üçün bütün şansı var. Sırf bu məqam üzərindən Türkiyədəki proseslərə kənar qüvvələrin təsir imkanları var və bu, çox genişdir.

Türkiyəyə qarşı təzyiq konfiqurasiyaları iki istiqamət üzrədir. Bu, Türkiyəyə dövlət olaraq iqtisadi sahədə və birbaşa prezident Ərdoğanın şəxsinə qarşı siyasi sahədə aktivlərlə müşayiət olunur. Əslində xarici dairələrin belə cəhdləri həmişə olub. Ancaq hakimiyyət və partiya öz monolitliyini qoruyub saxlaya bilib. Siyasi sahədə təzyiqlər gözlənilən nəticələri vermədiyinə görə indi də dövrəyə iqtisadi platformalar üzərindən daha sərt təzyiqlər işə düşüb və bu plan çox güclü gedir.

Unutmaq olmaz ki, Ərdoğan Türkiyə tarixinin bütün dünyada ən güclü liderlərindən biridir, onun siyasəti nəticəsində bu gün bütün dünya Türkiyə ilə hesablaşır. Bu konfiqurasiyalar ona hesablanıb ki, AKP zəifləsin, nəticədə prezident Ərdoğan hakimiyyətdən salınsın. Lirənin son dəyər itirməsindən öncə dövrəyə onun sağlamlığı ilə bağlı yanlış məlumatlar buraxıldı və bunun üzərindən manipulyasiyalar aparıldı. Paralel olaraq hibrid informasiya əməliyyatları da tətbiq edilir. Türkiyənin bu böhrandan çıxması vacibdir və əminəm ki, qardaş ölkə bu təzyiqləri neytrallaşdırmağı bacaracaq”.

Gülşən Şərif

www.yenicag.az

476
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv