!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Türkiyədəki zəlzələ ilə bağlı İlham Əliyev və Mehriban Əliyeva böyük dəstək göstərib" - Cahid Bağçı

!Reklam – Yazi

Fevralın 6-da Türkiyədə baş verən zəlzələ ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva böyük dəstək göstərib.

Yenicag.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı Azərbaycan Aqrobiznes Forumunda deyib.

“Bütün Azərbaycan xalqı Türkiyəyə böyük dəstək, birlik nümayiş etdirib. Bu dəstəklərə görə təşəkkür edirəm”, – C. Bağçı bildirib.

Səfir qeyd edib ki, 2021-ci ilin iyun ayında Azərbaycanla Türkiyə arasında imzalanan “Qarabağda kənd təsərrüfatı, meşə Planı” Türkiyənin iştirakı ilə hazırlanıb:

“Bu plan sadəcə Qarabağın deyil, Azərbaycanın kənd təsərrüfatı, meşə, su və bütün sahələrdə dəstək verən çox sayda təlim və layihəni özündə ehtiva edən vacib və detallı işbirliyi çalışmasıdır. Xüsusilə son bir il ərzində 40-dan artıq qarşılıqlı səfərlər təşkil edilib. Ümid edirəm ki, Qarabağ və Azərbaycan ehtiyatları ən gözəl şəkildə istifadə olunaraq, başda kənd təsərrüfatı sahəsi olmaqla Azərbaycanın iqtisadiyyatına güc verəcək”.

O əlavə edib ki, bu forumda 55 Türkiyə şirkəti iştirak edir.

www.yenicag.az

222
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv