!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədən ABŞ-a XƏBƏRDARLIQ - "Ortaq bir nöqtəyə gələ bilməsək..."

!Reklam – Yazi

ABŞ-ın hərbi nümayəndə heyəti Ankaraya səfər edəcək.

Yenicag.az xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy deyib.

“Bu prosesin təxirə salınmasına imkan verməyəcəyik. ABŞ-la ortaq bir nöqtəyə gələ bilməsək, Suriya ilə sərhəddə özümüz üçün etibarlı bölgəni təkbaşına formalaşdırmalı olacağıq. Milli təhlükəsizliyimizi təmin etmək üçün hər cür tədbir görə bilərik, buna bacarığımız da var. 5 avqustda ölkəmizə gələcək ABŞ nümayəndə heyəti ilə danışıqlar davam edəcək”, – Aksoy bildirib.

Xatırladaq ki, ötən ay Türkiyə Müdafiə naziri Hulusi Akarla ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri arasında görüş keçirilmişdi. Görüş zamanı Akarla Cefri PKK/YPG-nin təhlükəsizlik zonasından çıxarılması, bölgədəki ağır silahların toplanması, suriyalıların geri qayıtması üçün lazımi şəraitin yaradılmasını müzakirə edib. Bundan əlavə, görüşdə hər iki ölkənin hərbi nümayəndələrinin təhlükəsizlik bölgəsi ilə bağlı birgə çalışması və 3 avqustdan etibarən görüşün Müdafiə Nazirliyində davamı barədə razılıq əldə edilib.

www.yenicag.az

2816
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv