Ölkəyə qayıtmaq istəyən vətəndaşların Azərbaycan Respublikasının Ankaradakı Səfirliyi və ya İstanbuldakı Baş konsulluğunda qeydiyyatdan keçmələri xahiş olunur.
Bu barədə Yenicag.az-a Nazirlər Kabineti yanında operativ qərargahdan məlumat verilib.
Bildirilib ki, geri qayıtmaq üçün müraciət edən vətəndaşlar sırasında aşağıdakı hallarda üstünlük veriləcək:
– Türkiyə ərazisində müvəqqəti və ya qısa müddətli əsasda olan;
– Türkiyə ərazisindən tranzit məqsədləri üçün istifadə edən;
– “Azərbaycan Hava Yolları” ilə qarşıdan gələn günlər üzrə geri qayıtma bileti olan;
– Yaşlı, azyaşlı uşağı olan və ya xəstəlik durumu olan şəxslər.