Türkiyədən Azərbaycana… – Transfer rəsmiləşdi

Ölkəmizi Avropa Liqasında təmsil edəcək “Zirə” heyətini daha bir futbolçu ilə gücləndirib.

Yenicag.az xəbər verir ki, “qartallar” kamerunlu Josef Boumla razılığa gəlib. Klubdan aldığımız məlumata görə, tərəflər arasında 1+1 illik sözləşmə imzalanıb.

Qeyd edək ki, Jozefin karyerası Türkiyə çempionatı ilə bağlı olub. O, karyerası ərzində “Mersin İdman Yurdu”, “Antalyaspor”, “Osmanlıspor” və “Qaziantep BB” kimi klublarda forma geyinib.

Yenicag.az