!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədən bir qrup şəhid ailəsi və qazi Azərbaycana gəldi - TÜİB-in təşkilatçılığı ilə

!Reklam – Yazi

Türkiyədən olan bir qrup şəhid ailəsi və qazi azərbaycanlı şəhid ailələri ilə bir araya gəlmək və işğaldan azad edilmiş torpaqları ziyarət etmək üçün Azərbaycana gəlib.

Yenicag.az xəbər verir ki, Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri (TÜİB) İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Müdafiə Nazirliyinin dəstəyi ilə Bakıya gələn qonaqlar Şəhidlər Xiyabanını ziyarət ediblər.

Mərhum prezident Heydər Əliyevin məzarını da ziyarət edən şəhid ailələri və qazilər abidənin önünə gül dəstələri düzüblər.

Qonaqlar arasında yer alan Türkiyə Savaş Əlili, Qazilər, Şəhid Dul və Yetimləri Dərnəyinin Bursa şöbəsinin sədri Mətin Şənol jurnalistlərə açıqlamasında ziyarətin məqsədinin azərbaycanlı şəhid ailələri ilə görüşmək və ortaq acılarını paylaşmaq olduğunu bildirib.

Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi Qadınlar və hərbi qulluqçuların ailələri ilə iş üzrə şöbəsinin müdiri Zümrüd Səmədova isə qeyd edib ki, şəhid ailələri ilə qazilər bir həftə Azərbaycada olacaq və Müdafiə Nazirliyinin rəhbər şəxsləri ilə görüşəcək, Qarabağa səfər edəcəklər.

www.yenicag.az

230
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv