!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədən daha bir geniş jurnalist heyəti Bakıda səfərdədir – VİDEO/FOTOLAR

!Reklam – Yazi

Türkiyə İnternet Media Birliyi (TİMBİR) və Balıkəsir Qəzeteçilər və Yazarlar Cəmiyyətinin təmsilçilərindən ibarət geniş heyət “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgərin dəvəti ilə Azərbaycana işgüzar səfərə gəlib.

Yenicag.az xəbər verir ki, səfər heyətində TİMBİR sədri Süleyman Basa, Media Elan Qurumunun sədr müavini Mesut Onat, Balıkəsir və Egey bölgəsindən olan media quruluşlarının rəhbərləri və çoxsaylı jurnalistlər təmsil olunur.

Türkiyəli heyətin Bakıda keçirdiyi görüşlərdə Azərbaycan və Türkiyə arasında media sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları dəyərləndirilib.

TİMBİR sədr müavini və Balıkesir Qəzeteçilər və Yazarlar Cəmiyyətinin sədri Səmra Aman Akyürəyin yönləndirdiyi heyət Bakıya səfər çərçivəsində Şəhidlər Xiyabanı ilə Fəxri Xiyabanını ziyarət edib, Mətbuat Şurası, Mətbuat Muzeyi, Azərbaycan-Türkiyə Evi (ATEV) və “Yeni Çağ” Media Qrupunda səmərəli görüşlər keçirib. Türkiyədən gələn heyətlə görüşən Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri Birliyinin (TÜİB) sədri Hüseyn Böyükfırat qonaqların şərəfinə ziyafət verib.

Nəsimi Ələsgərli

www.yenicag.az

336
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv