!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədən Laçın açıqlaması: "Bu addım Azərbaycan-Ermənistan münasibətlərinə töhfə verəcək"

!Reklam – Yazi

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan Ordusunun Laçın şəhərinə daxil olması ilə bağlı bəyanat yayıb.

Yenicag.az xəbər verir ki, bəyanatda 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda öz əksini tapan müddəalara uyğun olaraq davam edən proseslər çərçivəsində Laçın şəhəri, Zabux və Sus kəndlərinin avqustun 26-da Azərbaycana qaytarılmasından Türkiyənin məmnunluğu ifadə edilib.

Bu hadisənin həm Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması, həm də regionda münasibətlərin normallaşması istiqamətində mühüm addım olduğu qeyd edilən bəyanatda bunun Azərbaycan-Ermənistan münasibətlərinə töhfə verəcəyi vurğulanıb.

Bildirilib ki, Türkiyə bu günədək olduğu kimi, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləməyə davam edəcək.

www.yenicag.az

372
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv