!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədən Laçın yolundakı vəziyyətlə bağlı bəyanat: "Yaxından izləyirik"

!Reklam – Yazi

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Laçın yolundakı vəziyyətlə bağlı bəyanat yayıb.

Yenicag.az-ın Türkiyə bürosu xəbər verir ki, bəyanatda vəziyyətin yaxından izləndiyi bildirilib:

“Türkiyə dövləti suveren Azərbaycan ərazisi olan Laçın yolu ilə əlaqədar uzun müddətdir davam edən müzakirələri yaxından izləyir və Azərbaycanın bu məsələ ilə bağlı haqlı narahatlığını anlayır. Təəssüf ki, Azərbaycanın uzun müddətdir yüksək səslə səsləndirdiyi bu narahatlıqlar nəzərə alınmadı və nəticədə Azərbaycan öz suveren hüquqları çərçivəsində məqsədəuyğun hesab etdiyi tədbirləri həyata keçirdi. Türkiyə bu fikirdədir ki, Laçın yolu ilə bağlı Azərbaycana qarşı tənqidlərə heç bir əsas yoxdur. Hazırda Laçın yolundan tibbi keçidlərin təmin edilməsi, eləcə də geniş material daşınması üçün əlverişli olan digər marşrutlar Azərbaycan tərəfinin vicdanla maksimum səy göstərdiyini göstərir”.

Türkiyə XİN tərəfindən Ermənistanın təxribat xarakterli addımlardan çəkinməsi üçün gözləntilərin olduğu vurğulanıb:

“Türkiyə hesab edir ki, regionda sülh və sabitliyin təmin edilməsi üçün dost və qardaş Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və humanitar səyləri dəstəklənməli, vəziyyəti gərginləşdirən hərəkətlərə yol verilməməlidir”.

Natiq Çıraqzadə 

www.yenicag.az

301
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv