Türkiyədən qayıdan azərbaycanlıların uçuş vaxtı açıqlanıb

Türkiyə ilə Azərbaycan arasında hava əlaqəsinin müvəqqəti dayandırılması ilə əlaqədar Türkiyə ərazisində qalmış Azərbaycan vətəndaşlarının gətirilməsi üçün martın 17-də İstanbul-Bakı və Bakı-İstanbul istiqamətləri üzrə çarter reyslərinin vaxtı açıqlanıb.

Türk Hava Yollarından Yenicag.az-a verilən məlumata görə, Bakıya olan uçuşlara yalnız Azərbaycan vətəndaşları, İstanbula isə Türkiyə vətəndaşları qəbul ediləcək.

TK6890-91:

ISTANBUL-GYD -11:00 sadəcə Azərbaycan vətəndaşları.

GYD-İSTANBUL – 15:50 sadəcə Türkiyə vətəndaşları.