Türkiyədən Qərbə F-35 cavabı: Rusiya ilə birlikdə Su35 və Su57 istehsal edəcək

Rusiya və Türkiyə Su35 və Su57 qırıcılarını birgə istehsal edə bilər.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladmir Putin söyləyib.

“Qırıcıların tək alışı barəsində deyil, birlikdə istehsal etmək barəsində də danışdıq” – deyə, Putin qeyd edib.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyada rəsmi səfərdədir. Səfər çərçivəsində iki ölkə prezidentləri arasında görüş keçirilib.

Həşim Səhrablı