Reklam: Sinerji

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Türkiyəli deputat: “Ərdoğanın AKP-yə təkrar qayıdışı...”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın AKP-yə təkrar dönüşü ölkənin yeni idarəetmə sistemindən qaynaqlanan zərurət kimi dəyərləndirilir.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın qurucusu olduğu Ədalət və İnkişaf Partiyasına (AKP) qayıdışını Yeniçağ.Az-a şərh edən AKP millət vəkili Burhan Kayatürk 16 aprel Konstitusiya referendumunun nəticələrinin tələblərini yerinə yetirdiklərini bildirib:

“Türkiyənin idarəetmə sistemini inkişaf etdirmək məqsədilə 16 apreldə uğurlu bir ümumxalq səsverməsi keçirtdik. Cənab Prezidentimiz 27 avqust 2014-cü ildə partiyamızdan ayrılsa da, könüllülərimiz həmişə bir idi.
16 aprel referendumu formallığı aradan qaldırdı və artıq Prezidentimiz qurucusu olduğu partiyamıza geri qayıtdı. Özünün də qeyd etdiyi kimi AKP-nin mayın 21-də keçiriləcək nəvbədənkənar qurultayında yenidən partiyanın başına keçəcək.

Bütün bu addımlar Türkiyənin yeni idarəetmə sistemindən irəli gələn zərurətlərdir. Türkiyə dinamik idarəetmə sistemi sayəsində dəyişən dünyada öz layiqli yerini tutacaq. İdarəetmə sistemini təkmilləşdirən Türkiyə Prezidentimiz- liderimiz Rəcəb Tayyip Ərdoğanın öndərliyi ilə dünyaya öz gücünü sübut edəcək”.

Yeniçağ.Az

www.yenicag.az

325