!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Türkiyəli ekspertlərin daha çox Rusiyayönümlü mövqedən çıxış etmələri iddiası...” – ŞƏRH

!Reklam – Yazi

“O da mütləq nəzərə alınmalıdır ki, Türkiyənin dövlət siyasəti ekspertlərin telekanallarda sərgilədikləri mövqe ilə formalaşmır”.

Bu fikirləri Rusiyanın Ukraynaya hərbi təcavüzə başlamasından sonra Türkiyədə bununla bağlı müzakirələrə qatılan ekspertlərin, əsasən, Rusiyayönümlü mövqedən çıxış etmələrinə dair iddiaları dəyərləndirən Qəhrəmanmaraş Sütçü İmam Universitetinin Siyasi və Beynəlxalq Münasibətlər Şöbəsinin müdiri professor Toğrul İsmayıl Yenicag.az-a açıqlamasında deyib.

Professorun sözlərinə görə, demokratik Türkiyədə ifadə azadlığının təmin olunması hər kəsə öz fikirlərini sərbəst şəkildə bildirməsinə imkan yaradır:

“Sözümün əvvəlində onu demək istərdim ki, Türkiyədə ekspertlərin çoxunun Ukraynaya hərbi təcavüz fonunda guya Rusiyanı dəstəkləyən mövqe nümayiş etdirdiklərinə yönəlik iddialarla razılaşmaq çətindir.

Ümumiyyətlə, qeyd olunmalıdır ki, Rusiyanın Ukraynaya hərbi təcavüzünü, o cümlədən savaşın gedişini, onun mümkün nəticələrini dəyərləndirmək üçün telekanallarda təşkil olunan verilişlərə dəvət alan ekspertləri üç qrupa ayırmaq olar.

Birinci qrupa regionu çox yaxşı bilən, bölgəsəl prosesləri düzgün qiymətləndirməyi bacaran mütəxəssislər daxildir. Onlar, əlbəttə ki, ciddi təhlillər verirlər və maksimum obyektiv olmağa çalışırlar.

İkinci qrupa daha çox Qərb əleyhinə mövqe bildirən ekspertlər daxildir. Onlar ABŞ başda olmaqla, Qərb ölkələrinin siyasətini sərt tənqid etməklə seçilirlər. Bu baxımdan, həmin ekspertlərin Qərbi tənqid etmələri, bəlkə də, kimlərdəsə onların Rusiyapərəst olmaları təəssüratı yaradır.

Üçüncü qrupa aid olanlar isə açıq Rusiyayönümlü mövqe bildirirlər. Onların sırasında ekspertlərlə yanaşı, siyasətçilər də var. Bu da onların mövqeyidir və öz fikirlərini dilə gətirirlər. Yəni efirə çıxarılan ekspertlərin hamısının bu və ya başqa mövzu ilə bağlı eyni mövqe bildirməsini gözləmək doğru olmazdı. O da mütləq nəzərə alınmalıdır ki, Türkiyənin dövlət siyasəti ekspertlərin telekanallarda sərgilədikləri mövqe ilə formalaşmır”.

A.Zeynalov

www.yenicag.az

707
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv