!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Türkiyəli futbolçu İspaniya mediasının GÜNDƏMİNDƏ – Ona görün nə hədiyyə edildi - FOTO

!Reklam – Yazi

“Fənərbağça”dan “Real Madrid”ə keçən Arda Gülərə lüks avtomobil verilib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Türkiyəli futbolçu ona ayrılan Mercedes-Benz E seriyalı avtomobili ilə İspaniya mətbuatının gündəmini zəbt edib.

Hazırda Arda Gülər 76 min avroya başa gələn nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadığı üçün idarə edə bilməsə də, sürücüsü sayəsində Madridi gəzə bilir.
Məlumatda, həmçinin avtomobilin texniki detalları da qeyd olunub. Maksimum 200 at gücünə malik olduğu bildirilən avtomobil saatda 238 kilometrə qədər sürət yığa bilir. O, sıfırdan 100 kilometrə 7,4 saniyəyə qət edə bilir.

Sadiq Cavadov

www.yenicag.az

349
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv