!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyəli iş adamı ilə dövlət qurumu arasında QALMAQAL

!Reklam – Yazi

Dövlət Əmək Müfəttişliyi Xidməti Azərbaycanda fəaliyyət göstərən türkiyəli iş adamı Şeref Hizarçı barəsində inzibati protokol tərtib edib.

Yenicag.az xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə tərtib edilən portokola əsasən iş adamına cərimə yazılıb.

539.1-1-ci maddəsi əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsi barədədir. Bu maddəyə əsasən, vəzifəli şəxslər 1000 manat, hüquqi şəxslər 2000 manat məbləğində cərimə edilir.

Şeref Hizarçı isə qərarla razılaşmayaraq məhkəməyə müraciət edib. İşə Xətai Rayon Məhkəməsində baxılacaq. Rəafil Sadıxov iş üzrə hakim təyin edilib.

Şeref Hizarçı “Pera Plastik RAM BNT LTD” şirkətinin direktorudur. 2021-ci ildə şirkətlə Azərbaycan Texniki Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilədə maşınqayırma və robototexnika fakültəsində təhsil alan bakalavr və magistrlərin şirkətdə istehsalat və elmi-tədqiqat təcrübələrinə cəlb olunması, məzunların isə işlə təmin edilməsi nəzərdə tutulub./Qaynarinfo

www.yenicag.az

157
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv