!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyəli iş adamından İlham Əliyevə TƏBRİK: “İnanıram ki, növbəti prezidentlik dönəmində də...”

!Reklam – Yazi

“Cənab İlham Əliyevin 7 fevral seçkilərində seçicilərin mütləq əksəriyyətinin səsini qazanaraq, növbəti dəfə prezident seçilməsini bizlər qarışıq hər kəs qanunauyğun nəticə kimi qiymətləndirdi”.

Yenicag.az xəbər verir ki, türkiyəli iş adamı, “Makro2000” Şirkətlər Qrupunun prezidenti Lokman Biter 7 fevral növbədənkənar prezident seçkilərində qalib gələn İlham Əliyevi təbrik edib.

Lokman Biter əmin olduğunu bildirib ki, İlham Əliyevin uğurlu fəaliyyəti onun növbəti prezidentlik dönəmində də davam edəcək:

Prezident İlham Əliyevin hakimiyyəti dönəmində qardaş Azərbaycan Respublikasının davamlı inkişafı və beynəlxalq nüfuzunun artması Türkiyəli iş adamları olaraq, bizi hər zaman qürurlandırıb. Cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət sayəsində Azərbaycanın 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatlarının nəticəsində öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi onun fəaliyyətinin zirvəsini təşkil edir. Azərbaycanın təqribən 30 il davam etmiş işğal dönəminə son verməsi Türkiyədə də son dərəcə böyük coşqu yaradıb. Prezident İlham Əliyevin fəaliyyətində Türkiyə ilə münasibətlərə böyük önəm verilməsi, “Bir millət, iki Dövlət” prinsipinə sözdə yox, əməldə riayət edilməsi, o cümlədən, Türk dövlətləri arasında birliyin möhkəmləndirilməsinə yönəlik ardıcıl işlər Azərbaycan liderinə olan rəğbəti xeyli artırıb.

O baxımdan, cənab İlham Əliyevin 7 fevral seçkilərində seçicilərin mütləq əksəriyyətinin səsinin qazanaraq, növbəti dəfə prezident seçilməsini bizlər qarışıq hər kəs qanunauyğun nəticə kimi qiymətləndirdi. Bu böyük qələbə münasibətilə cənab İlham Əliyevi səmimiyyətlə təbrik edir, ona gələcək fəaliyyətində uğurlar arzulayıram. Şübhə etmirəm ki, İlham Əliyevin bu prezidentliyi dönəmində də Azərbaycan-Türkiyə münasibətləri yüksələn xətlə inkişaf edəcək, ikitərəfli əlaqələr daha genişləndirilərək, Türk dövlətləri arasında inteqrasiya prosesi dərinləşdiriləcəkdi. İş adamı olaraq, bu prosesə öz töhfəmizi verməyə hər zaman hazır olduğumuzu bəyan etməkdən qürur duyuram”.

www.yenicag.az

556
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv