!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyəli jurnalist Azərbaycanda həbsdə olan erməni terrorçunun müdafiəsinə qalxdı - FOTO 

!Reklam – Yazi

Türkiyəli jurnalist Azərbaycanda həbsdə olan erməni terrorçunun müdafiəsinə qalxıb. 

Yenicag.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bildirilir ki, türkiyəli jurnalist Uzay Bulut və Lusiana Minasyan Azıərbaycanda həbsdə olan Livan ermənisi Vigen Eulcekçyanın ailəsinin adından Qırmızı Xaç Cəmiyyətinə açıq məktub yazıblar.

Vigen Eulcekchyanın ikili vətəndaşlığı var. O, Livandan Ermənistana gəlib, sonradan qanunsuz Şuşada məskunlaşıb. Erməni terrorçu Qarabağda Vətən müharibəsi zamanı 2020-ci ilin noyabrında müharibə bitdikdən bir gün sonra əsir götürülüb. O, Azərbaycan ərazisinə qanunsuz daxil olmağa və törətdiyi cinayət əməllərinə görə 20 il müddətinə azadlıqdan məhrum edilib.

Onun arvadı Maral Nacaryan da Livandan olan qanunsuz muzdluların dəstəsində olub. Sonradan Azərbaycan tərəfi humanizm sərgiləyərək onu azad edib.

Qeyd edək ki, Lusiana Minasyan Argentinadan olan insan hüquqları üzrə vəkildir.

Uzay Bulut əvvəllər Ankarada yaşamış türkiyəli jurnalistdir. Onlar Vigen Eulcekchyanın azad olunması üçün petisiyaya başlayıblar.

Xuraman Etibarlı

www.yenicag.az

196
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv