Reklam

Reklam

Türkiyənin qabaqcıl media orqanlarından olan “Ülke TV”nin baş redaktoru və “Yeni Şafak” qəzetinin köşə yazarı Hasan Öztürk Azərbaycanda keçirilən prezident seçkilərini müşahidə etmək üçün Bakıya gəlib.

Yenicag.az xəbər verir ki, təcrübəli jurnalist seçkidən bir neçə gün əvvəl və səsvermə günü ölkədə hökm sürən abu-hava ilə yaxından tanış olduğunu bildirib.  O, Azərbaycanda keçirilən seçki prosesinin demokratik prinsiplərə tam cavab verdiyini söyləyib. Vətəndaşların seçkidə iştirakının yüksək səviyyədə olduğunu qeyd edən Öztürk prezident postu üçün mübarizə aparan 8 siyasətçidən ən real namizədin cənab İlham Əliyev olduğunu vurğulayıb.

Onun sözlərinə görə, builki seçkilər Türkiyə mediası tərəfindən daha diqqətlə izlənilməsi ilə fərqlənir: “Bu isə öz növbəsində iki qardaş ölkə arasındakı bariyerlərin yıxılması baxımından böyük əhəmiyyətə malik olan hadisədir”.

Baş redaktor dövlət adamları ilə keçirdiyi görüşlər nəticəsində belə bir qənaətə gəldiyini bildirib ki, Azərbaycanda qeyri-neft sektoruna, xüsusilə də, turizm və kənd təsərrüfatına böyük diqqət ayrılır.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 637
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."