!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyəli məşhur haker Azərbaycanın QİSASINI BELƏ ALDI - VİDEO

!Reklam – Yazi

Türkiyəli məşhur haker Azərbaycana görə Anonymous-un və Ermənistanın internet saytlarını sındırıb.

Yenicag.az xəbər verir ki, əvvəllər Charlie Hebdo saytını sındıran Türkiyə kiber kəşfiyyat çempionu, Kiber Təhlükəsizlik Mütəxəssisi Yusuf Devran Karaçay indi də dünyanın ən böyük haker təşkilatı olan Anonymous-un internet saytını sındırıb.

“Bu, əslində çox sadə bir hücum üsuludur” deyən Devran Karaçay bu hücumu niyə istifadə etdiyini izah edib:

“Bu yaxınlarda eşitdim ki, Anonymous Azərbaycan müharibədə olan zaman dövlət saytlarına kiberhücum edib və buna görə saytlar bağlanıb. Mən buna görə Anonymous-a güldüm. Çünki DDoS hücumu kimi sadə hücum yoxdur.

Mən bu hücumu onların saytında göstərdim və Anonymous-a sadə xəbərdarlıq etdim”.

Bununla kifayətlənməyən Devran Karaçay Azərbaycanla müharibə vəziyyətində olan Ermənistanın internet saytlarını sındıraraq “Azərbaycan tək deyil” deyib. O, müharibədə həlak olan şəhidlərimizin xatirəsini yazılı şəkildə yad edib.

Həmin videonu təqdim edirik:

Xuraman Etibarlı

www.yenicag.az

517
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv