Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Türkiyəli məşhur iş adamı vəfat edib - VİDEO

Azərbaycan-Türkiyə münasibətlərinin dərinləşməsində ciddi rol oynamış iş adamı Osman Gezeker dünyasını dəyişib.

Yenicag.az xəbər verir ki, bu gün səhər saatlarında vəfat edən “Özkaya” Şirkətlər Qrupunun rəhbəri Osman Gezeker ötən əsrin 90-cı illərində mərhum prezident Heydər Əliyevin dəvəti ilə Azərbaycana gələrək, iş qurub.

Vaxtilə Qarsın polis rəisi işləmiş Gezeker uzun müddət “Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi”nin (TÜİB) rəhbərliyində təmsil olunub. Son seçkilərdə TÜİB-in ehtiyat İdarə Heyətinin üzvü seçilib.

Məlumata görə, mərhumun Bursada hərbi təntənə ilə keçirilən dəfn mərasimində Gezekerin ailə üzvləri və yüksək rütbəli polis məmurları ilə yanaşı TUİB başqanı Hüseyin Büyükfırat da iştirak edib.

 

www.yenicag.az

937