!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyəli məşhurlar Azərbaycana başsağlığı verdilər - FOTOLAR

!Reklam – Yazi

Ermənistan Silahlı Qüvvələrinin dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribatların qarşısının alınması zamanı hərbi qulluqçularımızın şəhid olması xəbəri türkiyəli məşhurları da sarsıdıb.

Yenicag.az xəbər verir ki, Türkiyənin “TV8” telekanalının rəhbəri Acun Ilıcalı Azərbaycana başsağlığı verib.

Ilıcalı sosial şəbəkə hesabında Azərbaycanla Türkiyənin dövlət bayraqlarını paylaşaraq şəhidlərimizə rəhmət diləyib:

“Azərbaycan ordusunun qəhrəman şəhidlərinə Allahdan rəhmət, qardaş Azərbaycan xalqına isə başsağlığı diləyirəm”.

Qardaş ölkənin məşhur sənətçisi Demet Akalın da sosial media hesablarında paylaşım edərək Azərbaycana başsağlığı verib: “Başın sağ olsun Azərbaycan!”

Bundan başqa, Alişan, Özcan Dəniz və Hadisə də başsağlığı mesajı yayımlayıblar.

Cəvahir

www.yenicag.az

469
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv