!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyəli meteoroloq: “İstidən ölənlərin sayı artacaq”

!Reklam – Yazi

Türkiyəli meteoroloq Fırat Çukurçayır ölkədə rekord temperaturlar proqnozlaşdırıb. O, bildirib ki, 2024-cü ildə havalar əhəmiyyətli dərəcədə isti olacaq.

Yenicag.az xəbər verir ki, ekspert Türkiyədə temperaturun 2023-cü ilin oktyabr ayına qədər normadan yüksək həddə qalacağını, Egey, Aralıq dənizi, İç Anadolu və Cənub-Şərqi Anadolu bölgələrində temperaturun daha kəskin olacağını söyləyib.

“El-Nino fenomeninin temperatura təsiri adətən onun başlanmasından bir il sonra nəzərə çarpır. Buna görə də Türkiyənin hazırda 2023-cü ildə yaşadığı istilərin 2024-cü ildə özünü daha kəskin göstərməsi ehtimalı var”, – Çukurçayır vurğulayıb.
O əlavə edib ki, 2016-cı il ölkə tarixində ən isti il ​​olub. Lakin bir il sonra 2016-cı ildə müəyyən edilmiş temperatur rekordunun keçiləcəyi proqnozlaşdırılır.

Mənbə: Hüriyyet

www.yenicag.az

209
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv