Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Türkiyəli milyonçudan müdhiş fırıldaq - Boşanmaq üçün terrorçu oldu

Türk biznesmen boşanmaq üçün həyat yoldaşına FETÖ terror qruplaşmasının üzvü olduğunu deyib.

Yenicag.az bildirir ki, bu haqda HaberTürk məlumat yayıb.

Hayri Uğur adlı biznesmen xanımı Hepşeni inandırıb ki, o, FETÖ terror təşkilatının üzvüdür və buna görə də, onu həbs edə bilərlər. Milyonçu bildirib ki, əgər onu terrorizm ittihamı üzrə həbs edərlərsə, ailə bütün əmlakını itirəcək.

29 illik nikahdan sonra onlar təxminən 49 milyon dollarlıq əmlaka malikdirlər.

Boşanmaya nail olandan sonra, biznesmen arvadı və 2 uşağını ABŞ-ın Orlando şəhərinə aparıb, özü isə Türkiyəyə qayıdaraq məşuqəsi ilə evlənib.

Məlum olub ki, o, bütün bu boşanma planını məhz məşuqəsi ilə evlənə bilməsi üçün uydurub.

Sirr açılanda, onun keçmiş xanımı Hepşen məhkəmə iddiası irəli sürərək, ərini dələduzluq, etibardan sui-istifadə və yalan vasitəsi ilə nikahın dayandırılmasında ittiham edib.

 

Zaur H.

www.yenicag.az

2693
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100