!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyəli nazir Şəhidlər Xiyabanını ziyarət etdi - FOTO

!Reklam – Yazi

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın dəvəti ilə Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər naziri Derya Yanıkın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda rəsmi səfərdədir.
Səhər saatlarında Fəxri xiyabana gələn Ailə və Sosial Xidmətlər Nazirliyinin nümayəndə heyəti Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, məzarı önünə əklil qoyublar. Sonra görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın xatirəsinə ehtiram ifadə olunub, məzarı üzərinə tər çiçəklər düzülüb.
Şəhidlər xiyabanını ziyarət edən qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anaraq, məzarları önünə gül dəstələri düzüblər, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar. Həmçinin 1918-ci ildə Bakının azad edilməsi uğrunda döyüşlərdə həlak olmuş şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk Şəhidliyi” abidəsi ziyarət edilərək, abidənin önünə əklil qoyulub.
Dərya Yanık “Türk Şəhidliyi”nin abidəsinin xatirə kitabına ürək sözlərini yazıb. O qeyd edib ki, Azərbaycanda şəhid olan əsgərlərimiz Türkiyə və Azərbaycan arasındakı güclü qardaşlıq əlaqələrinin heç vaxt sarsılmayacağının sübutudur: “Bu gün Türkiyə-Azərbaycan qardaşlığı və dostluğu bütün dünyaya örnəkdir. Türkiyə həmişə qardaş Azərbaycanın yanında olacaq və hər mövzuda tərəddüdsüz dəstəyini göstərməyə davam edəcək”, – o bildirib.

www.yenicag.az

358
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv