!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyənin ABŞ-ni qəzəbləndirən AZƏRBAYCAN SİYASƏTİ: “Ankaraya yönəlik ultimativ bəyanatlar...”

!Reklam – Yazi

“Türkiyəyə F-35 qırıcılarının verilməməsinin səbəblərindən biri də qardaş ölkənin Qarabağ məsələsində Azərbaycanın yanında olmasıdır”.

Bu fikirləri Türkiyənin hakim AK Partiyasının sözçüsü Ömər Çelikin “ABŞ Türkiyədən Azərbaycana Qarabağın azad edilməsi üçün verdiyi dəstəyi kəsməsini tələb edirdi” bəyanatını şərh edən politoloq Asif Nərimanlı Yenicag.az-a açıqlamasında deyib.O, bildirib ki, 44 günlük müharibənin Azərbaycanın qələbəsi ilə bitməsində Türkiyənin siyasi-mənəvi dəstəyinin əhəmiyyətli rolu var:

“Çünki üçüncü tərəflərin müharibəyə müdaxiləsinin qarşısını alan ölkə məhz qardaş Türkiyə oldu. NATO üzvü olan Türkiyə yanımızda dayanaraq istər Rusiyanın, istərsə də Qərbin müharibəyə təsir imkanını azaldaraq məsələnin Ermənistan və Azərbaycan arasında həll olunmasına şərait yaratdı.

Yəni Türkiyə sözün həqiqi mənasında Azərbaycan üçün qalxan rolunu oynadı. Əgər dünyada söz sahibinə çevrilən Türkiyə yanımızda olmasa idi, Rusiyanın təzyiqləri ilə üzləşəcəkdik və Şuşaya qədər də irəliləməyimiz bəlkə də mümkün olmayacaqdı.

ABŞ-nin 44 günlük müharibə zamanı bitərəf qalması Azərbaycanın mənafelərinə uyğun olsa da, erməni lobbisinin maraqlarına tamamilə zidd idi. Qarabağ müharibəsində Azərbaycana dəstəyi kəsməklə bağlı Türkiyəyə yönəlik ultimativ bəyanatlar da məhz ermənilərin fəaliyyətinin nəticəsi sayılmalıdır.

Türkiyəyə F-35 qırıcılarının verilməməsinin səbəblərindən biri də qardaş ölkənin Qarabağ məsələsində Azərbaycanın yanında olmasıdır. Fikrimcə, bundan sonra da belə bəyanatları çox eşidəcəyik. Çünki Türkiyə hələ də Ermənistanla Azərbaycan arasında münasibətlərin həll edilməsinə çalışan və regionda sülhün bərqərar olmasını ən çox istəyən tərəflərdən biridir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

160
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv