!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyənin axtardığı şəxs Azərbaycanda saxlanıldı

!Reklam – Yazi

Türkiyə hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilmiş bu ölkənin vətəndaşı Azərbaycanda saxlanılıb.

Yenicag.az xəbər verir ki, bu barədə türk mətbuatı məlumat yayıb. Məlumata görə, Abdelsalem T. adlı şəxs xeyli müddət əvvəl beynəlxalq axtarışa verilib. O, Türkiyə və Azərbaycan hüquq-mühafizə orqanlarının ortaq əməliyyat sayəsində ölkəmizdə ələ keçirilib.

51 yaşlı həmin şəxsin narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu bildirilir. Artıq Abdelsalem T. İnterpol xətti ilə İstanbuldakı Atatürk Hava Limanında Türkiyəyə təhvil verilib.

www.yenicag.az

1130
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv