!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyənin ən böyük hərbi gəmisi insanların ziyarətinə açıldı - FOTO

!Reklam – Yazi

Türkiyənin ən böyük yerli və milli hərbi gəmisi “TCG Anadolu” Cümhuriyyətin 100-cü ildönümü münasibətilə İstanbulda insanların ziyarətinə açılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin “Instagram” hesabında paylaşım edilib.

Sarayburnu limanında yerləşən gəmini görmək və gəzmək istəyənlər 31 oktyabr-2 noyabr 2023-cü il tarixlərində ziyarət edilə bilərlər.

Qeyd edək ki, Tuzladakı “Sedef” Gəmiqayırma Zavodunda inşa edilən “TCG Anadolu” gəmisinin uzunluğu 230 metr, eni 32 metr və sahəsi 9 min 200 kvadratmetrdir.

Uçuş göyərtəsinin yer aldığı gəmiyə eyni anda 6 helikopter enib-qalxa bilir. Həmçinin burada PUA-lar da yerləşdirilə bilər. 1200 personalı olan “TCG Anadolu”da 30 çarpayılıq xəstəxana və iki əməliyyat otağı var.

“TCG Anadolu” gəmisinin amfibiya əməliyyatları və hava əməliyyatları başda olmaqla humanitar yardım və nəzarət gəmisi kimi də istifadə edilməsi mümkün olacaq.
Su tutumu 27 min 500 ton olan bu gəmi Türkiyə donanmasının ən böyük döyüş gəmisi hesab edilir. Gəminin 11 göyərtəsi, 6 dayanacaqlı uçuş platforması, anqarı, 4 mexanikləşdirilmiş desant gəmisinin yerləşdirilə biləcəyi hovuzu var.

“TCG Anadolu” hərbi gəmisi göyərtəsində 13 tank, 27 zirehli amfibiya hücum maşını (ZAHA), 6 zirehli personal daşıyıcısı (BTR), 15 qoşqu və 33 müxtəlif texnikanı daşımaq qabiliyyətinə malikdir.

www.yenicag.az

210
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv