!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyənin İsraillə bağlı QƏRARI: Azərbaycana hansı təsirləri ola bilər?

!Reklam – Yazi

“Türkiyə ilə İsrail arasında ticarət əlaqələrinin pozulması regionun ümumi iqtisadi mənzərəsi üçün xoş olmasa da, fikrimcə, bunun ölkəmizə birbaşa təsirləri olmayacaq”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Türkiyə ilə İsrail arasında ticarət əlaqələrinin pozulması və bunun üçüncü ölkələrə mümkün təsirləri haqda danışan iqtisadçı Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, Türkiyə ilə İsrail arasında olan ticarətin Türkiyə tərəfindən dayandırılması daha çox siyasi etiraz formasıdır.

“İsraillə ticarət dövriyyəsi Türkiyənin ümumi ticarət dövriyyəsi il müqayisədə o qədər də böyük deyil. Yəni, Türkiyənin İsrailə ixracatı bir neçə milyard dollardır və Türkiyənin ümumi ixracatının 2-3 faizindən çoxunu təşkil etmir. Bu, sadəcə Qəzza və onun ətrafında baş verən hadisələrə Türkiyənin reaksiyasıdır və bu reaksiya daha kütləvi gələn tələblərə cavab vermək üçün idi. Çünki Azərbaycandan fərqli olaraq, Türkiyədə bu məsələyə daha çox diqqət yetirilir”, – deyə o əlavə edib.

N.Cəfərli vurğulayıb ki, İsrail Azərbaycanın kifayət qədər böyük tərəfdaşlarından biridir:
“Keçən il bizim ticarət dövriyyəsi 1,5 milyard dollar olub. Bu da kifayət qədər böyük rəqəmdir.

Ona görə də, iki ölkə arasında ticarət əlaqələrinin pozulması üçüncü ölkələrə aid olmayacaq. Üçüncü ölkələrə Türkiyə üzərindən İsraillə ticarətə qadağa qoyulmayıb. Türkiyə özü əlaqələri müəyyən dərəcədə dayandırıb.

Düşünürəm ki, bu keçici müddətə baş verib və bir müddətdən sonra yəqin ki bərpa olunacaq. Lakin ölkəmiz Türkiyə üzərindən İsraillə ticarəti davam etdirir. Türkiyə ilə İsrail arasında ticarət əlaqələrinin pozulması regionun ümumi iqtisadi mənzərəsi üçün xoş olmasa da, fikrimcə, bunun ölkəmizə birbaşa təsirləri olmayacaq”.

İsmayıl Bakuvi

www.yenicag.az

195
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv