!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyənin İsveç və Finlandiya VETOSU: "Bu iki dövlətin NATO-ya üzv olması..." - Ekspert

!Reklam – Yazi

“Bu necə demokratiyadır ki, fikrini söyləmək istəyən sanksiyalarla uğraşmalı olur. Bu, demokratiya deyil, diktaturadır. Düşünürəm ki, Finlandiya və İsveçin NATO-ya üzv olmaq məsələsi də müəyyən bir siyasətdir və onların içindən gələn bir istək deyil”.

Bu fikirləri Ukrayna-Rusiya müharibəsi və Finlandiya ilə İsveçin NATO-ya üzv olmaq üçün müraciəti fonunda alyansdakı gərginliyi şərh edən ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov Yenicag.az-a açıqlamasında səsləndirib.

Şair Ramaldanov bildirib ki, demək olar, Üçüncü Dünya müharibəsi başlayıb:

“Son zamanlar Rusiya Ukrayna müharibəsi fonunda NATO daxilində müəyyən proseslər getməyə başlayıb. Bunun da səbəbi ondan ibarətdir ki, NATO ölkələri arasında Rusiyaya və müharibəyə münasibətlər birmənalı deyil. Digər tərəfdən. NATO ölkələri ABŞ-nin təzyiqi altında həddindən çox vəsait ayırırlar. Hamısı da bilir ki, silah-sursatın verilməsinin əsas yükünü ABŞ çəkir və istehsalçı da odur.

Zaman keçdikcə yanaşmaların demokratiyanı qorumaq, müdafiə etmək yox, daha çox hegomon dövlətlərin öz siyasətini yeritmək olduğu görünür. Nəticədə NATO ölkələri də daxil bir çox ölkələrdə etiraz aksiyaları da baş alıb gedir. İnsanların vəziyyətində çoxlu problemlər var. Enerji resuslarının qiymətinin artması digər sahələrə də öz təsirini göstərir. Deyə bilərik ki, Üçüncü Dünya müharibəsi başlayıb. Ancaq hələlik bir ərazidə. Digər tərəfdən də gərginliyə səbəb olacaq addımları atmağa dəyər? Hazırda bütün dünya bunu düşünməyə başlayıb. Əgər döyüşlər Ukrayna ərazidən kənarda da başlasa, nə olacaq? Nüvə silahından istifadə olunsa, nə baş verəcək? Rusiya nüvə silahı ilə bağlı fikrini gizlətmir və hazır vəziyyətə gətirib. Bu qədər qurban nə üçün lazımdır? Artıq insanlar bunu düşünür”

Hərbi ekspertin sözlərinə görə, Ukrayna ətrafında yaradılmış süni vəziyyət müharibəyə gətirib çıxardı:

“Bu müharibə özü də çox qəribədir. Nə Rusiya Ukraynaya, nə də Ukrayna Rusiyaya müharibə elan edib. Enerji daşıyıcıları ilə bağlı münasibətlər hələ də qalır. Ukraynaya silah göndərən ölkələr Rusiyadan hələ də qaz alır. İqtisadi və diplomatik münasibətlər davam edir.

Türkiyə dünyada ən sülhsevər dövlət kimi özünü göstərdi. Türkiyə Prezidenti səylər göstərir ki, müharibə bitsin, danışıqlar baş tutsun. Türkiyə haqlıdır. PKK-nı dəstəkləyən dövlətlər niyə Türkiyə ilə bir ittifaqda olmalıdır? İttifaq ölkələri silah satmırsa, başqa ölkədən silah alırsa, Türkiyə niyə təzyiq altında qalmalıdır? Türkiyə NATO sırasında ən güclü ölkələrdən biridir. Təyyarə satmırlarsa, hava hücumundan müdafiə sistemləri satmırlarsa, Türkiyə niyə NATO-nun hər dediyini etməlidir? NATO daxilində səmimi münasibətlər yoxdur, ABŞ diktatorluğu var. Böyük dövlət istəyir ki, öz maraqları həyata keçsin və digər ölkələr də onun maraqları çərçivəsindən məsələlərə yanaşsın. Finlandiya və İsveçin NATO-ya üzv olması münaqişəyə müsbət təsir edəcək, yoxsa mənfi? Təbii ki, mənfi. Gərginlik daha da çoxalacaq. 1997-ci ildə razılaşma vardı ki, NATO Rusiyaya yaxınlaşmayacaq. İndi Rusiya sərhədinə gəlir. Bu, vəziyyəti daha da gərginləşdirmək anlamına gəlir. Türkiyə bir yandan PKK-nı əsas gətirib Finlandiya və İsveçin NATO-ya üzv olmasını istəmirsə, digər tərəfdən də bilir ki, iki dövlətin NATO-ya üzv olması prosesi daha da gərginləşdirəcək”.

Səxavət Məmməd

www.yenicag.az

500
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv