!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyənin İsveçə yandırdığı YAŞIL İŞIQ: Parlament hansı halda rəngi qırmızıya çevirəcək?

!Reklam – Yazi

“İsveç Türkiyə qarşısında götürdüyü öhdəlikləri səmimi yerinə yetirməlidir”.

Bunu İsveçin NATO-ya üzvlüyünə Türkiyənin yaşıl işıq yandırması barədə danışan politoloq Tural İsmayılov Yenicag.az-a açıqlamasında deyib.

Politoloqun sözlərinə görə, rəsmi Ankara tələbləri yerinə yetirilməsəydi, bu üzvlüyə razı olmazdı:

“İsveç Türkiyə qarşısında götürdüyü öhdəlikləri səmimi yerinə yetirməlidir. Ümumiyyətlə, bir çox məsələlərdə Qərb təşkilatları, xüsusilə NATO Türkiyəyə qarşı böyük haqsızlıqlar edib. Lakin İsveç və Finlandiyanın təşkilata üzvlüyü məsələsində artıq Qərb strukturları və Türkiyənin hakimiyyət qüvvələri arasında müəyyən qədər razılaşmalar var. Parlamentdəki çoxluğun iqtidar koalisiyasının “Cümhur” İttifaqından təşkil olunduğunu düşündükdə, böyük ehtimalla, İsveçin NATO-ya üzvlüyü məsələsi dəstəklənəcək.

Əlbəttə, müxalifətdən müəyyən etirazlar ola bilər. Ancaq bu yetərsay İsveçin təşkilata üzvlüyünü əngəlləməyə imkan verməyəcək. Hər halda, NATO verdiyi bəzi vədləri yerinə yetirib. Çünki Türkiyə İsveçin NATO üzvlüyünü maraqları təmin olunmadan heç vaxt dəstəkləməzdi. Rəsmi Ankara dəfələrlə İsveçə sığınan FETÖ və PKK terrorçularının Türkiyəyə təhvil verilməsini, İsveçdən çıxarılması məsələsini qaldırıb. Bu baxımdan, İsveçin təşkilata üzvlüyü prosesi ilə paralel olaraq orada gizlənən və Türkiyə əleyhinə fəaliyyət göstərən terroçuların da Türkiyəyə verilmə prosesi baş verəcək”.

Nəsimi Ələsgərli

www.yenicag.az

324
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv