Türkiyənin media rəhbərləri Şəhidlər Xiyabanında – FOTOLAR

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə toplantısını işıqlandırmaq üçün Bakıya gələn Türkiyənin nüfuzlu media quruluşlarının rəhbərləri Şəhidlər Xiyabanını ziyarət ediblər.

Yenicag.az xəbər verir ki, qonaqlar Şəhidlər Xiyabanı ilə yanaşı Türk Şəhidliyini, Milli qəhrəmanlar Çingiz Mustafayev və Salatın Əsgərovanın da məzarlarını ziyarət edərək, şəhidlərin ruhuna ehtiramlarını bildiriblər.

Anadolu Yayınçılar Dərnəyinin başqanı, TRT-1 telekanalının proqram aparıcısı Sinan Burhan, Akit TV-nin Ankara təmsilçisi Hacı Yakışıklı və Çay TV-nin baş redaktoru Hasan Yavuz Bakırın da aralarında olduğu ziyarətçiləri “Yeni Çağ” Media Qrupunun Baş direktoru Aqil Ələsgər müşayiət edib.

COP29