!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyənin milli silahlı PUA-sı “Bayraktar TB2” yeni uğura imza atdı - FOTO / VİDEO

!Reklam – Yazi

Türkiyənin milli silahlı pilotsuz uçuş aparatı olan “Bayraktar TB2” daha bir mühüm mərhələni geridə qoyub. Türk aviasiya tarixində yeni cığır açan “Bayraktar TB2” sistemi 500 min uçuş saatını müvəffəqiyyətlə tamamlayıb.

Bu barədə Yenicag.az-a “Baykar Teknoloji” şirkətinin İctimaiyyətlə əlaqələr departamentindən məlumat verilib.

Bildirilib ki, “Bayraktar TB2” səmada yarım milyon saatı keçərək ən uzun xidmət edən milli təyyarə ünvanını qazanıb:

“Türkiyənin dünyaya ixrac etdiyi ilk silahlı PUA platforması olan “Bayraktar TB2”lər dünya aviasiya və müdafiə sənayesi tərəfindən maraqla izlənilir. Ukrayna, Qətər, Azərbaycan və Polşa da daxil olmaqla, 23 ölkə ilə ixrac müqavilələri imzalanıb. 2021-ci ildə 664 milyon dollarlıq PUA sistemləri ixrac edən “Baykar” müdafiə və aerokosmik sahədə ən çox ixrac edən şirkət olub. “Baykar” hazırda gəlirlərinin 90%-dən çoxunu ixracdan əldə edir. Milli silahlı PUA “Bayraktar TB2” ilə maraqlanan bir çox ölkə ilə danışıqlar davam edir”, – deyə şirkətdən bildirilib.

www.yenicag.az

720
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv