!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Türkiyənin mübarizə aparmalı olduğu bir neçə “cəbhə” arasında Liviya teatrının xüsusi yer tutması...” – RƏY

!Reklam – Yazi

“Liviya böhranının həlli ölkədə müxtəlif formalarda iştirakı olan dövlətlərin öz aralarında anlaşmasından birbaşa asılıdır”.

Bu fikirləri Liviyada mərkəzi hökumətlə qiyamçı marşal Xəlifə Həftər arasında danışıqların aparılması barədə məlumatı və tərəflərin mümkün anlaşma ehtimalını dəyərləndirən politoloq Zaur İbrahimli Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, Liviya böhranının həlli üçün bir sıra şərtlərin yerinə yetirilməsi zəruridir:

“Açığı, Liviyada təqribən on iki ildir davam edən qeyri-müəyyənliyin perspektivi barədə konkret danışmaq o qədər də asan deyil. Çünki Liviyada BMT-nin və bir sıra ölkələrin, o cümlədən Türkiyənin tanıdığı mərkəzi hökumətlə yanaşı, marşal Xəlifə Həftərin yaratdığı və ölkənin müəyyən ərazilərinə nəzarət edən alternativ “hökumət” də var. Həftərin bəzi Qərb və ərəb ölkələrindən davamlı yardım alaraq Liviyada hakimiyyəti tam ələ keçirmək niyyətinin davam etməsi vəziyyəti daha da mürəkkəbləşdirir.

Liviyanın beynəlxalq səviyyədə tanıdığı hökumət isə, əsasən, Türkiyədən dəstək alır və onun mövcudluğu, ayaqda qalması Ankaranın köməyindən birbaşa asılıdır. O baxımdan, Türkiyənin mübarizə aparmalı olduğu bir neçə “cəbhə” arasında Liviya “düyün”ü özünəməxsus yer tutur. Lakin Türkiyə heç bir halda Liviyaya diqqətini azaltmamaqla, bu teatrda sona qədər iştirakçı olacağını nümayiş etdirir.

Bildiyiniz kimi, bir neçə gün əvvəl Həftərin Tripoliyə gələrək hökumət rəhbərləri ilə danışıqlar aparması haqqında məlumatlar yayıldı. Bu xəbərlər Liviyada, nəhayət sabitliyin bərqərar ediləcəyinə ümidlər yarandı. Lakin nə qədər təəccüblü də olsa, növbəti günlərdə nə aparılan danışıqlar, nə də əldə olunan nəticələrlə bağlı hər hansı informasiyaya rast gəlindi. Bu isə ya danışıqların hələ davam etdirilməsi, ya da nəticəsiz yekunlaşdığını göstərir. Ancaq dediyim kimi, zəruri informasiyanın olması bu variantlardan hansının doğru olduğunu söyləməyə imkan vermir.

Bütün hallarda onu deyə bilərik ki, Liviya böhranının həlli ölkədə müxtəlif formalarda iştirakı olan dövlətlərin öz aralarında anlaşmasından birbaşa asılıdır. Bu baş verməyəcəksə, Liviyada sabitlikdən danışmaq üçün yetərli əsas da olmayacaq”.

A.Zeynalov

www.yenicag.az

475
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv