!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri Bakıda “Türk şəhidliyi” abidəsini ziyarət edib - FOTO/VİDEO

!Reklam – Yazi

Aprelin 1-də Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün Bakıda “Türk şəhidliyi” abidəsini ziyarət edib. 

Yenicag.az xəbər verir ki, Azərbaycanın istiqlaliyyəti uğrunda canlarından keçən, Azərbaycan-Türkiyə qardaşlığının əbədiliyini, sarsılmazlığını əks etdirən bu məzarlıqda uyuyan qəhrəman və fədakar türk qardaşlarımızın əziz xatirəsi anılıb, abidənin önünə əklil qoyulub, gül dəstələri düzülüb.

Haluk Görgün “Türk şəhidliyi” abidəsində xatirə dəftərinə ürək sözlərini yazıb. Daha sonra isə ziyarəti öz ürək sözləri ilə yekunlaşdırıb:

“Azərbaycanın müstəqilliyi üçün bu torpaqlar uğruna həyatını fəda edən türk millətinin əziz övladları qəhrəman şəhidlərimiz! Qafqaz İslam Ordusu və Azərbaycan Ordusunun 1918-ci ildə çiyin-çiyinə apardığı mübarizədən bir əsr sonra sizin mənəvi hüzurunuzda olmaqdan qürur duyuram! Mübarizəniz bu gün Azərbaycan torpaqlarında hökm sürən sülh və əmin-amanlığın təminatçısı olub. Gözünüzü qırpmadan etdiyiniz fədakarlıqlar iki ölkə arasındakı sarsılmaz qardaşlıq münasibətlərinin güclənməsində körpü vəzifəsi daşıyıb.

“Bir millət, iki dövlət” sözləri altında birləşən qardaşlığımızın əbədiyyətə qədər davam etməsi adına bizlərə buraxdığınız bu şərəfli mirası bütün gücümüzlə qoruyacağıq. Bu vəsilə ilə can Azərbaycanın müstəqliyyi yolunda canını fəda edən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik”.

Nəsimi Ələsgərli,
Samir Məcidov

www.yenicag.az

535
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv