!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyənin müxalifət koalisiyası prezidentliyə namizədin adını açıqladı

!Reklam – Yazi

Türkiyənin müxalifət partiyalarının koalisiyası – “Millət ittifaqı” ölkədə keçiriləcək seçkilərdə prezidentliyə namizədin adını açıqlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə 6 müxalifət partiyası liderinin Səadət Partiyasının qərargahında keçirilən toplantısında qərar qəbul edilib.

Qərara görə, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu koalisiyanın vahid prezidentliyə namizədi olub.

Qeyd edək ki, bir neçə gündür “Millət ittifaqı” ətrafında siyasi böhran yaşanırdı. İYİ Partiya sədri Meral Akşenər Kamal Kılıçdaroğlunun prezidentliyə namizəd olmasına etiraz edərək Əkrəm İmamoğlu ilə Mənsur Yavaşın daha uyğun namizəd olduğunu söyləmiş, daha sonra ittifaqdan ayrıldığını açıqlamışdı. Bu gün gərgin siyasi təmaslardan sonra Akşənər yenidən masaya dönmüşdü.

www.yenicag.az

362
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv