!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyənin nüfuzlu alimi ADPU-da seminar keçirdi - VİDEO

!Reklam – Yazi

Türkiyənin nüfuzlu alimlərindən biri olan İstanbul Aydın Universitetinin təsisçisi və Avrasiya Universitetlər Birliyinin sədri Mustafa Aydın Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Uğur üçün təhsildə liderlik: İdarəetmənin açarı” mövzusunda seminar keçib.

Yenicag.az xəbər verir ki, seminar “EduTime” Təhsil və İnkişaf Mərkəzi, ADPU, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) və İslahatçı Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub.

Seminarda ADPU rəhbərliyi, elmi-pedaqoji ictimaiyyətin təmsilçiləri, media nümayəndələri, həmçinin təhsilin bütün pillələrində fəaliyyət göstərən 300-ə qədər əməkdaş və tələbə iştirak edib.

Tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.

Seminarda ətraflı çıxış edən Mustafa Aydın daha sonra iştirakçıları maraqlandıran çoxsaylı sualları cavablandırıb.

Yekunda seminar iştirakçılarına beynəlxalq dərəcəli sertifikat təqdim edilib.

www.yenicag.az

426
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv