!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Türkiyənin qüdrətsiz və imkansız ölkəyə çevrilməsi üçün “beşinci kolon”u hərəkətə gətiriblər” – MÖVQE

!Reklam – Yazi

“Partiyaların münasibətlərindəki ənənələr davam edən seçki kampaniyasında da özünü büruzə verir”.

Bu fikirləri Türkiyədə mayın 14-də keçiriləcək prezident və parlament seçkiləri kampaniyasının gərginliyi fonunda siyasi qüvvələrin münasibətlərini dəyərləndirən professor Şahlar Əsgərov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, seçki kampaniyasının gedişində Türkiyədə formalaşdırılmış “beşinci kolon”un fəaliyyəti özünü göstərməkdədir:

“Türkiyədə qarşılıqlı rəqabətə baxmayaraq, müxtəlif siyasi ideologiyaların daşıyıcıları olan partiyalar arasında münasibətlərin özünnəməxsus ənənəsi var. Bu məqam davam edən seçki kampaniyasında da özünü büruzə verir.

Baxın, partiyalar rəqabət şəraitində bir-birinin ünvanına nə qədər ağır ittihamlar səsləndirsələr də, əlamətdar günlərdə və bayramlarda həmin ənənədən kənara çıxmırlar, bayramlaşırlar, qarşılıqlı ziyarətlər həyata keçirilir və sair.

Seçki mübarizəsi çərçivəsində münasibətlərin kəskinləşməsində “beşinci kolon”un təsirini də nəzərə almaq lazımdır. Məlum beynəlxalq güclər Türkiyənin qüdrətsiz və imkansız ölkəyə çevrilməsi üçün “beşinci kolon”u hərəkətə gətiriblər. Ancaq bu cəhdlərin nəticə verməyəcəyinə inanırıq”.

A.Zeynalov

www.yenicag.az

641
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv